Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var

Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Dünya 23 May 2025 23:40

Mayın 23-də Rusiya Silahlı Qüvvələri Odessa liman infrastrukturuna iki ballistik raketlə zərbə endirib.


Sitat.info xəbər verir ki, zərbə yerli vaxtla saat 14:15 radələrində endirilib.

Hadisə nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır.

Hücumda "İskander-M" tipli iki ballistik raketdən istifadə olunduğu deyilir.

 Faktla bağlı araşdırma aparılır.