Numan Kurtulmuş: Yay bitməmiş PKK tərksilah ediləcək

Numan Kurtulmuş: Yay bitməmiş PKK tərksilah ediləcək
Dünya 19 May 2025 15:29

“PKK terror təşkilatı yay qurtarmamış tərksilah ediləcək”.

Sitat.info xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

“Önəmli mərhələlərdən biri təşkilatın tərksilah edilməsidir. Silahların yerə qoyulduğu açıq şəkildə görünməlidir. Düşünürəm ki, silahlar yay bitməmiş yerə qoyulacaq”, - spiker bildirib.