İran XİN: “Uranın zənginləşdirilməsi qətiyyən müzakirə edilə bilməz” 

İran XİN: “Uranın zənginləşdirilməsi qətiyyən müzakirə edilə bilməz” 
Dünya 19 May 2025 13:01

Nüvə sənayesinin təbii dövriyyəsinin bir hissəsi kimi uranın zənginləşdirmə məsələsi heç bir halda müzakirə mövzusu deyil.

Sitat.info xəbər verir ki, bu sözləri  bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, uranın zənginləşdirilməsi İranın nüvə sənayesinin fəaliyyətini davam etdirməsini təmin etmək üçün bir texnologiya və zərurətdir.

AYtac,Sitat.info