BMT-nin baş katibi İstanbula getməyəcək

BMT-nin baş katibi İstanbula getməyəcək
Dünya 14 May 2025 23:27

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbula getməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Haq bildirib.

Qeyd edək ki, sabah İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin nizamlanması ilə bağlı görüş keçiriləcək.