"Terror, silah və zorakılıq dövrü geridə qaldı -Ərdoğan

\"Terror, silah və zorakılıq dövrü geridə qaldı -Ərdoğan
Dünya 14 May 2025 16:50

“Terror və silah dövrü bitdi”.

Sitat.info xəbər verir ki, bu sözləri bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman və Suriya prezidenti Şaraa ilə onlayn rejimdə qatıldığı Suriya sammitində deyib. 

O bildirib ki, terror, silah, zorakılıq və qanunsuzluq dövrü artıq geridə qalıb: "Əlbəttə əsas olan icraatdır. Milli Kəşfiyyat Təşkilatımız vədlərin yerinə yetirilib-yetirilməməsinə diqqətlə nəzarət edəcək. Ümid edirəm ki, bu tarixi fürsət xırda məsələlərə və beynəlxalq hiylələrə qurban edilmədən dostluq şəraitində mükəmməlləşəcək".

Nigar.

Sitat.info