Pakistan-Hindistan danışıqları təxirə salındı

Pakistan-Hindistan danışıqları təxirə salındı
Dünya 12 May 2025 13:41

Hindistan-Pakistan hərbi rəsmilərinin bu günə nəzərdə tutulmuş danışıqları təxirə salınıb.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

Danışıqların günorta saatlarında iki ölkə arasında telefon vasitəsilə baş tutması planlaşdırılırdı. Razılaşma mayın 10-da Hindistan və Pakistan arasında atəşkəs elan edilərkən əldə olunmuşdu.

“Reuters”in məlumatına görə, hərbi rəsmilərin söhbəti bu gün axşama qədər təxirə salınıb.