Moldovanın MDB-dən çıxması səfehlikdir - Dodon

Moldovanın MDB-dən çıxması səfehlikdir - Dodon
Dünya 19 May 2022 09:01

Moldova hakimiyyətinin respublikanı MDB-dən çıxarmaq ideyası səfehlikdir.

Sitat.info xəbər verir ki, bu sözləri Moldovanın eks-prezidenti İqor Dodon deyib.

“MDB-dən çıxış - səfehlikdir; bu, MDB ölkələri ilə iqtisadi əlaqələrin və vizasız rejimin bitməsi deməkdir. Nə üçün bunu edək? Məhsullarımızı hara ixrac edəcəyik? Enerji resurslarını haradan əldə edəcəyik?” - deyə Dodon bildirib.

Qeyd edək ki, Moldova parlamentinin spikeri İqor Qross ölkənin bundan sonra MDB-də qalmasına ehtiyac olub-olmaması ilə bağlı siyasi müzakirələrin keçirilməsi gərəkdiyini bidirib.

/Axar.az