Türkiyə səfiri Birol Akgün Mətbuat Şurası İdarə Heyəti ilə görüşüb - FOTO

Türkiyə səfiri Birol Akgün Mətbuat Şurası İdarə Heyəti ilə görüşüb - FOTO
Gündəm 29 Aprel 2025 13:42

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Mətbuat Şurasının İdarə Heyəti ilə görüşüb.

Sitat.info xəbər verir ki, görüş Mətbuat Şurasında keçirilib.

Səfir çıxışı zamanı Türk dövlətlərinin bir-birinə güvənməli olduğunu bildirib:

"Ölkələrin bir-birilərinə çətin güvəndiyi ağır dövrlərdən keçirik. Ona görə də Türk dövlətləri olaraq bir-birimizə güvənməliyik. 21-ci əsr bizim - türklərin olacaq. Buna heç bir bəhanə və şübhə ola bilməz".

Birol Akgün onu da deyib ki, səfir kimi fəaliyyətə başlayandan coğrafiya və tarix dərsliklərini oxuyur.