Gürcü Arzusu Partiyasının sədri siyasətdən getdi

Gürcü Arzusu Partiyasının sədri siyasətdən getdi
Dünya 25 Aprel 2025 12:53

Gürcü Arzusu Partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Qaribaşvili brifinqdə çıxışında elan edib.

“Bu gün sizə siyasətdən getmək qərarım barədə məlumat vermək istəyirəm. Son bir neçə həftə ərzində mənim gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar davam edir. Buna görə də cəmiyyət qarşısında mövcud suallara dolğun cavab verməyə borcluyam”, - Qaribaşvili bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvili 2013-2015 və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub.