Putin Papanın dəfninə gedəcək?

Putin Papanın dəfninə gedəcək?
Dünya 22 Aprel 2025 14:07

“Rusiya Prezidenti Vladimir Putin Roma Papası Fransiskin dəfninə yollanmağı planlaşdırmır”.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiyadan Papanın dəfninə kimin gedəcəyi ilə bağlı hələ qərar verilməyib: “Qərar olduqda, bu barədə məlumat veriləcək”.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.