İsrail Kiyevdəki səfirliyini yenidən açdı

İsrail Kiyevdəki səfirliyini yenidən açdı
Dünya 17 May 2022 21:20

İsrailin Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi yenidən fəaliyyətə başlayıb.

SİTAT.İNFO xəbər verir ki, fevralın 24-dən bəri Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən bir çox ölkə Ukraynada ara verdiyi diplomatik fəaliyyətlərini bərpa edib.

İsrailin Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi də yenidən işinə başladığını açıqlayıb. 

Səfirlik bununla bağlı sosial media hesabında  paylaşım da edib: "İsrailin Kiyevdəki səfiri Mixael Brodski səfirliyinin binası qarşısında yenidən İsrail bayrağını asıb."

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mayın 14-də 38 xarici diplomatın Kiyevdəki işini bərpa etdiyini açıqlayıb.

Ləman Sərvanqızı
Sitat.info