Sülh mümkün deyil: Kiyev bizə arxalana bilər

Sülh mümkün deyil: Kiyev bizə arxalana bilər
Gündəm 11 Aprel 2025 17:50

  

Rusiya sülhə hazır deyil.

Sitat.info xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.

“Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü nəzərə alsaq, etiraf etməliyik ki, Ukraynada sülhün əldə olunması yaxın gələcəkdə mümkünsüz görünür. Zəmanət veririk ki, Ukrayna bizim birgə hərbi dəstəyimizdən faydalanmağa davam edəcək. Rusiya başa düşməlidir ki, Ukrayna mübarizəni davam etdirməyə qadirdir və biz onu dəstəkləyəcəyik”, - Pistorius bildirib.