Polkovnikin verəcəyi əmrləri də Putin verir

Polkovnikin verəcəyi əmrləri də Putin verir
Dünya 17 May 2022 08:33

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinə o qədər köklənib ki, hətta polkovnik və briqada generalı səviyəsində operativ və taktiki qərarlar qəbul edir.

Axar.az-ın məlumatına görə, bu barədə “Quardian” nəşri Qərb hərbi dairələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin ordu bölmələrinin Donbasda irəliləməsinə şəxsən yardım edir:

“Putin və Gerasimov bizim adətən polkovnik və ya briqada generalından gözlədiyimiz səviyyədə taktiki qərarların qəbulunda iştirak edirlər”, - deyə hərbi mənbə bildirib.