Kim Çen yeni snayper tüfəngi ilə “hədəfi” vurdu - Foto

Kim Çen yeni snayper tüfəngi ilə “hədəfi” vurdu - Foto
Gündəm 05 Aprel 2025 17:50

Şimali Koreya lideri Kim Çen İn yeni snayper tüfəngini şəxsən sınaqdan keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Belə ki, o, Koreya Xalq Ordusunun xüsusi əməliyyatlar qüvvələrinin məşq bazasında olarkən kompleks taktiki hazırlıq və snayper silahından atəş açma üzrə təlimləri izləyib.

Şimali Koreya lideri atış məşqlərinə də rəhbərlik edib və yeni snayper tüfəngini şəxsən sınaqdan keçirib. O, nəticələrdən razı qalıb.