Türkiyədə ağır yol qəzasında on nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında on nəfər yaralanıb
Dünya 01 Aprel 2025 22:13

Türkiyədə ağır yol qəzası baş verib.

Sitat.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Bartın şəhərindəki Amasra yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində on nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.