Abbas Əraqçi Ermənistana gedir

Abbas Əraqçi Ermənistana gedir
Dünya 24 Mart 2025 10:07

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün erməni həmkarı Ararat Mirzoyanın dəvəti Ermənistana gedir.

Sitat.info  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib. Onun sözlərinə görə, səfər zamanı Əraqçi Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə həm ikitərəfli münasibətlər, həm də regiondakı vəziyyət müzakirə olunacaq.