Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb
Dünya 19 Mart 2025 11:11

Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial şəbəkəyə - “X”, “Youtube”, “Tik Tok” və “Instagram”a giriş məhdudlaşdırılıb.

Sitat.info  xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq resursu məlumat yayıb.

Məlumata görə, Ə.İmamoğlu saxlanılmadan əvvəl video paylaşıb və orada mübarizəsini davam etdirəcəyini deyib.