Rusiya "İsgəndər"lə Losevkanı vurdu

Rusiya \"İsgəndər\"lə Losevkanı vurdu
Dünya 17 Mart 2025 22:28

"İsgəndər" kompleksinin ekipajı Sum vilayətinin Losevka bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Losevka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 144-cü briqadasının canlı qüvvəsi, silah-sursat, hərbi və xüsusi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirib.