Rusiyanın Ukraynada 2,5 aya itirdiklərinin həcmi...

Rusiyanın Ukraynada 2,5 aya itirdiklərinin həcmi...
Dünya 14 May 2022 14:59

Ukrayna fəth edilməyib, mərdlik və fədakarlıqla özünü müdafiə edir. NATO isə geri çəkilməyib və Alyansın şərq cinahını gücləndirib. Finlandiya və İsveç qoşulandan sonra NATO daha da güclənəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

“Rusiya 2,5 ayda Sovet İttifaqının 10 ildə Əfqanıstanda itirdiyindən qat-qat çox itki verib. Putin başa düşməlidir ki, vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə danışıqlar aparmaqdır”, - Şolts bildirib.

Qeyd edək ki, Vladimir Putin və Olaf Şolts arasında mayın 13-ü telefon danışığı baş tutub.