İrandan Trampın Xameneiyə məktubuna cavab gecikmədi

İrandan Trampın Xameneiyə məktubuna cavab gecikmədi
Gündəm 07 Mart 2025 19:49

ABŞ maksimum təzyiq siyasətinə davam etsə, İran birbaşa danışıqlara getməyəcək.

Sitat.info xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneiyə məktub göndərməsini şərh edərkən deyib.

Qeyd edək ki, Tramp Xameneini danışıqlara dəvət edib. ABŞ prezidenti İranla razılaşmaya üstünlük verəcəyini və bunun İran hökumətinin danışıqlar üçün son şansı olduğunu vurğulayıb.