Suriya ordusu qiyam qaldırılan bölgəni nəzarətə götürdü

Suriya ordusu qiyam qaldırılan bölgəni nəzarətə götürdü
Dünya 07 Mart 2025 14:41

Suriya ordusu Latakiya vilayətini nəzarətə götürdü.

Sitat.info xəbər verir ki, bu barədə “'Al Jazeera'” məlumat yayıb.

“Latakiya nəzarətə götürülüb, hərbi obyektlərin mühasirəsi aradan qaldırılıb və keçmiş rejimin nümayəndələri çıxarılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, sözügedən bölgədə dünən keçmiş hakimiyyətin tərəfdarları Suriyanın yeni rəhbərliyinə qarşı qiyama cəhd etmişdilər. Cəhd Suriya hərbi qüvvələri tərəfindən yatırılıb./ Teleqraf