BƏƏ-nin yeni prezidenti seçildi

BƏƏ-nin yeni prezidenti seçildi
Dünya 14 May 2022 13:50

Bu gün BƏƏ-nin Federal Ali Şurası toplanaraq yeni dövlət başçısını seçdiyini açıqlayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, qərara əsasən, vəliəhd şahzadə Məhəmməd bin Zayed ən-Nəhyan BƏƏ-nin yeni prezidenti seçilib.

Qeyd edək ki, BƏƏ-nin mərhum prezidenti Şeyx Xəlifə bin Zayed ən-Nəhyan ötən gün 73 yaşında vəfat edib.