Deputatlar Avropa Parlamentində görüşlər keçirəcək

Deputatlar Avropa Parlamentində görüşlər keçirəcək
Gündəm 14 May 2022 12:05

Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisdən Sitat.info-ya verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq