Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşdı
İQTİSADİYYAT 03 Mart 2025 12:25

Qiyməti 3 manatdan artıq olan siqaret markalarının hər qutusunun qiymətində 20 qəpik artım var.

Bu gündən etibarən Azərbaycanda siqaretin qiyməti qalxıb.

SİTAT.İNFO xəbər verir ki, bu gün səhərdən “LD”, “Winston”, və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 20 qəpik artıb.

Satıcılar bildiriblər ki, qiyməti 3 manatdan artıq olan siqaret markalarının hər qutusunun qiymətində 20 qəpik artım var.