Bakıda ağır qəza - 2 yük maşını toqquşdu - VİDEO

Bakıda ağır qəza - 2 yük maşını toqquşdu - VİDEO
HADİSƏ 13 May 2022 18:20

Bakının Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, Binəqədi-Novxanı yolunda iki yük maşını toqquşub.

Qəza nəticəsində yük maşınlarından biri aşaraq yolu bağlayıb. Bu səbəbdən yolda sıxlıq yaranıb. Hadisə zamanı xəsarət alan olması barədə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.