“BMW” 3 maşına çırpılıb aşdı - Xəsarət alanlar var - Video

“BMW” 3 maşına çırpılıb aşdı - Xəsarət alanlar var - Video
HADİSƏ 28 Avqust 2026 09:12

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, idarəetmədən çıxan “BMW” markalı avtomobil əvvəlcə “Toyota”, daha sonra “Kia” və “Opel” markalı minik avtomobillərinə çırpılıb.

Toqquşmadan sonra “BMW” aşıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.