İran prezidenti üzr istədi
İran prezidenti Məsud Pezeşkian ölkədəki enerji probleminə görə iş adamlarından üzr istəyib.
"Əvvəla, elektrik və təbii qazı bir müddət kəsdiyimiz üçün üzr istəyirik. Bu cür problemlərin bir daha yaşanmaması üçün səy göstəririk" -deyə Pezeşkian bildirib.
Pezeşkian, yerli və xarici investorlarla birlikdə külək və günəş enerjisindən istifadə edərək ölkədəki enerji problemini həll etməyi planlaşdırdıqlarını, sənaye müəssisələrinin də günəş panelləri quraşdıraraq ehtiyac duyduqları elektrik enerjisini təmin edə biləcəklərini bildirib: "Sənayeçilərdən bir xahişim var. Ölkəmizdə enerji düzgün istehlak edilmir. Elektrik enerjisi, təbii qaz və benzin istehlakı real ehtiyacdan çoxdur. Siz istehsalçılar bu məsələyə böyük töhfə verə bilərsiniz"
Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi, infrastruktur investisiyalarının qeyri-kafi olması və enerji tələbatının sürətlə artması səbəbindən ciddi enerji böhranı yaşayır.
Məğrur,
Sitat.info