Zelenskinin Vaşinqtona səfərini təsdiqlədi

Zelenskinin Vaşinqtona səfərini təsdiqlədi
Dünya 26 Fevral 2025 21:58

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona uçacaq.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib.

“Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqini tapıb”, - deyə o qeyd edib.

Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.