Sudanda təyyarə qəzası: 19 nəfər öldü
Sudanın hərbi-nəqliyyat təyyarəsinin Xartum yaxınlığında qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub.
Təyyarənin yaşayış məntəqəsinə düşdüyü və 19 nəfərin həyatını itirdiyi açıqlanıb. Həyatını itirənlər arasında həm mülki vətəndaşların, həm də hərbçilərin olduğu bildirilib.
Ordu təyyarənin uçuş zamanı qəzaya uğradığını, qəzaya səbəb kimi texniki nasazlıq olduğunu açıqlayıb.
Yerli sakinlər qəza zamanı güclü partlayış səsi eşitdiklərini və bir neçə evə ziyan dəydiyini bildiriblər.
Türkanə,
Sitat.info