Paşinyandan milli təhlükəsizliklə bağlı qərar

Paşinyandan milli təhlükəsizliklə bağlı qərar
Gündəm 19 Fevral 2025 19:12

Ermənistan Baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.

Onun tərkibinə nazir müavinləri, təhlükəsizlik orqanlarının rəhbərləri, həmçinin parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri daxil olacaq.

Qeyd edək ki, Ermənistanda hazırkı milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib.

Paşinyandan milli təhlükəsizliklə bağlı qərar