ABŞ və Rusiya Ukrayna üzrə xüsusi qrup yaratdı

ABŞ və Rusiya Ukrayna üzrə xüsusi qrup yaratdı
Dünya 18 Fevral 2025 20:24

 

Ukraynanın nizamlanması üçün Rusiya-Amerika xüsusi qrupu yaradılacaq, o, həmçinin Ukraynadakı münaqişənin nüanslarını da nəzərə alacaq. 

Sitat.info xəbər verir ki, bunu “Rossiya-1” efirində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Biz Ukrayna ilə bağlı fundamental mövqelərimizi açıqladıq və münaqişənin əsas səbəblərini nəzərə almağın vacibliyini vurğuladıq. Amerikalılar, mən deyərdim ki, öz yanaşmalarını qısaca açıqlayıblar", - deyə diplomat qeyd edib.

"Bundan sonra biz razılaşdıq ki, bu problemin bütün nüanslarının müzakirəsi ilə yaxından və əsaslı məşğul olacaq xüsusi qrup yaradılsın", - Uşakov əlavə edib.