Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
Dünya 17 Fevral 2025 22:55

Türkiyənin Malatya vilayətində yeraltı təkanlar qeydə alınıb.

Sitat.info bildirir ki, AFAD-ın verdiyi məlumata görə, zəlzələnin episentri Kale bölgəsində olub. Yeraltı təkanların gücü 4,4 bal olaraq ölçülüb və dərinliyi təxminən 7,24 kilometr təşkil edib.

İlkin araşdırmalara əsasən, hadisə nəticəsində heç bir dağıntı və insan itkisi qeydə alınmayıb.