Trampın bir zəngi ilə rubl bahalaşdı

Trampın bir zəngi ilə rubl bahalaşdı
Dünya 13 Fevral 2025 14:55

Birjadankənar valyuta bazarında 1 dollar 90 rubldan da aşağı düşüb.

Sitat.info xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd olunub.

Bildirilib ki, hazırda dollar 89,5, avro isə 95.6 rubla qədər ucuzlaşıb.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu./Axar.az