İranın Suriyadakı varlığı region üçün təhlükə idi - Əş-Şara

İranın Suriyadakı varlığı region üçün təhlükə idi - Əş-Şara
Gündəm 04 Fevral 2025 17:12

İran silahlı qüvvələrinin Suriyadakı varlığı bütün regionu təhdid edən strateji təhlükə idi.

Sitat.info xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara deyib.

“Suriya Əsədin hakimiyyəti dövründə İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin ölkədə geniş şəkildə iştirakının şahidi olub. İran hökuməti Suriyadan Hizbullahı maliyyələşdirmək və silahlandırmaq üçün istifadə edib”, - o bildirib.

Onun sözlərinə görə, İran hökuməti Əsədi hakimiyyətdə saxlamaq üçün ən azı 30 milyard dollar xərcləyib.