USAİD-in İrəvandakı ofisi də bağlandı

USAİD-in İrəvandakı ofisi də bağlandı
Dünya 03 Fevral 2025 16:26

USAİD-in Ermənistandakı fəaliyyəti də dayandırılıb.

Sitat.info  xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAİD-in audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan edib.