Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur

Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur
Dünya 30 Yanvar 2025 22:02

BŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunu dövlət başçısı brifinqdə deyib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib:

"Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub".

Xatırladaq ki, əvvəl "American Airlines" şirkətinə məxsus "Bombardier CRJ700" təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında "Sikorsky H-60 Black Hawk" hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb.