ABŞ Ukraynaya hərbi yardımı dayandırıb - VP

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb - VP
Dünya 29 Yanvar 2025 12:38

ABŞ-ın digər ölkələrə yardımı dayandırması Ukraynaya hərbi və iqtisadi dəstəyin dayandırılmasına səbəb olub.

Sitat.info xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ Konqresindəki mənbəyə istinadla məlumat yayıb.

“Görünür, fərman Ukraynaya hərbi maliyyənin ayrılmasını dayandırıb”, - mənbə bildirib.

Ukraynalı məmurlardan biri isə nəşrə açıqlamasında deyib ki, ABŞ-dan büdcə yardımı gəlməyə davam edir.