İrandakı səfirliyimizdə terror hücumu ilə bağlı anım mərasimi

İrandakı səfirliyimizdə terror hücumu ilə bağlı anım mərasimi
Gündəm 27 Yanvar 2025 19:00

Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə səfir Əli Əlizadə X hesabında paylaşım edib.

“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.