Pakistanda LPG tankeri partlayıb: 6 ölü, 30 nəfər yaralı
Pakistanın Multan şəhərinin sənaye zonasında LPG yüklü tankerin partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
Rəsmilər partlayışla başlayan yanğının uzun səylərdən sonra söndürüldüyünü açıqlayıb.
Polis əməkdaşı Sadiq Əli qeyd edib ki, tankerdən qaz sızması davam edir, ona görə də ərazidə evakuasiya işlərinə başlanılıb.
Nigar,
Sitat.info