BMT Putin və Tramp arasında mümkün danışıqları dəstəkləyir

BMT Putin və Tramp arasında mümkün danışıqları dəstəkləyir
Dünya 24 Yanvar 2025 21:58

BMT Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında istənilən mümkün danışıqları dəstəkləyir və ümid edir ki, ABŞ və Rusiya dialoq üçün imkanlar axtarmağa davam edəcəklər.

Sitat.info xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

“Biz ABŞ və Rusiya liderləri arasında istənilən danışıqları dəstəkləyirik və ümid edirik ki, onlar dialoqa can atacaqlar”, - deyə o bildirib.