Şarl Mişel Odessada çətin anlar yaşadı: Səfər yarımçıq qaldı, sığınacağa qaçdılar FOTO

Şarl Mişel Odessada çətin anlar yaşadı: Səfər yarımçıq qaldı, sığınacağa qaçdılar FOTO
Dünya 10 May 2022 17:56

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynada səfərdə ikən çətin anlar yaşayıblar. 

Putinin Qara dəniz sahilində ən mühüm hədəfinə çevrilən Odessaya atılan raketlər ticarət mərkəzi və anbara düşüb.

Rusiyanın raket hücumu şəhərdə səfərdə olan Aİ Şurasının prezidenti Şarl Mişel və Denis Şmihalın səfərlərini yarımçıq qoyub.

Avropa İttifaqının administratoru Mişel və onu müşayiət edən şəxslər Odessadakı sığınacağa getməli olublar.

Odessadakı beynəlxalq jurnalistlər yazır ki, ticarət mərkəzinə raketlər düşəndə ​​partlayışlar şəhəri, hətta qaldıqları oteli də silkələyib.

Ukrayna hakimiyyəti azı bir nəfərin öldüyünü, beş mülki vətəndaşın yaralandığını bildirir.

Nigar Abuzər