İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu
Dünya 23 Yanvar 2025 10:32

Bu gün yerli vaxtla 09:12-də İranın Buşehr əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerin 18 km dərinliyində meydana gələn zəlzələnin episentri vilayətin Cəm rayonunda olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.