“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət etdi- FOTOLAR

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət etdi- FOTOLAR
Gündəm 21 Yanvar 2025 18:55

Bu il xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan  20 Yanvar hadisəsindən 35 il ötür.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sitat.info xəbər verir ki, birliyin sədri Bəhruz Məmmədzadə  və birliyin üzvləri Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Onlar şəhid məzarlarına tər qərənfillər düzüb, şəhidlərin ruhuna rəhmət diləyiblər.