Hakan Fidan Bakıya səfər edəcək

Hakan Fidan Bakıya səfər edəcək
Dünya 17 Yanvar 2025 15:10

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gələcək.

Sitat.info “Haber Global”a istinadən xəbər verir ki, H.Fidanın səfər çərçivəsində yüksək səviyyəli görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi bildirilib.