Saakaşvilinin cangüdəni Rusiyanın qara siyahısına salındı

Saakaşvilinin cangüdəni Rusiyanın qara siyahısına salındı
Gündəm 14 Yanvar 2025 21:30

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin keçmiş mühafizəçisi, Rusiyada terror aktı törətməkdə təqsirli bilinən Mixail Baturinin adı terrorçu və ekstremistlər siyahısına əlavə edilib. 

Sitat.info xəbər verir ki, bu barədə “Rosfinmonitorinq” saytında məlumat verilib.

“Baturin Mixail Viktoroviç, 06.01.1980-ci il təvəllüdlü, Gürcüstan SSR”, - idarənin saytında deyilir.

Qeyd edək ki, ötən ilin noyabrında Rusiya İstintaq Komitəsi Gürcüstan vətəndaşı Mixail Baturinə qarşı terror aktı törətməkdə və muzdlu olmaqda şübhəli bilinərək cinayət işi açıb.