Tramp: Kaliforniyaya sanki nüvə zərbəsi endirilib!

Tramp: Kaliforniyaya sanki nüvə zərbəsi endirilib!
Dünya 14 Yanvar 2025 17:12

Los-Ancelesdə davam edən meşə yanğınlarının miqyası nüvə zərbəsinin vurduğu ziyanı üstələyir.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib.

“Vəziyyət televizorda gördüyünüzdən qat-qat pisdir. İnanıram ki, oradakı dağıntılar nüvə zərbəsinin dağıntılarından daha böyükdür”, - o bildirib.

O, ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağını güman edib.