İtkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edildi

İtkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edildi
Gündəm 14 Yanvar 2025 17:01

 

Ötən gün səhər saatlarında balıq tutmaq üçün dənizə gedən Lənkəran rayonunun Siyavar kənd sakinləri geri qayıtmayıblar.

Sitat.info xəbər verir ki, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun ailələri onların tapılması üçün polisə müraciət ediblər.

Hazırda Sahil Mühafizə Hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.

Qeyd edək ki, hər iki şəxs uzun müddətdir balıqçılıqla məşğuldurlar.