Bu, AB üçün bir xəbərdarlıqdır – Ərdoğan

Bu, AB üçün bir xəbərdarlıqdır – Ərdoğan
Dünya 09 May 2022 12:37

Avropa Birliyinin (AB) Ukrayna müharibəsi ilə bağlı özünə yeni hekayə yazmağın vaxtı çatıb.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Avropanın ortasında, bütün dünyanın gözü qarşısında baş verən bu faciə (Ukraynadakı müharibə) AB üçün bir xəbərdarlıqdır. Avropaya inteqrasiyanın əsaslarının qoyulduğu dövrdə olduğu kimi indi də, həmrəyliyə, əməkdaşlığa, ən əsası uzaqgörən və cəsarətli perspektivə ehtiyac var”, - Ərdoğan bildirib.

/Axar.az