Fransa sağçılarının keçmiş lideri Jan-Mari Le Pen vəfat edib

Fransa sağçılarının keçmiş lideri Jan-Mari Le Pen vəfat edib
Dünya 07 Yanvar 2025 16:04

Fransanın "Milli Cəbhə" partiyasının keçmiş lideri Jan-Mari Le Pen 96 yaşında vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə “Frans Press" agentliyi siyasətçinin ailəsinə istinadən məlumat yayıb.

O, 1972-2011-ci illərdə "Milli Cəbhə" partiyasına rəhbərlik edib. Siyasətçi neçə müddət idi ki, xəstəxanada müalicə alırdı.