Ermənistanın Rusiyaya yolu tam bağlandı

Ermənistanın Rusiyaya yolu tam bağlandı
Dünya 06 Yanvar 2025 11:24

Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Sitat.info xəbər verir ki, məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan yayıb.

“Hava şəraitinin pisləşməsi səbəbindən minik və sərnişin nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb”, – deyə Akopyan bildirib.

Xatırladaq ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru yoldur.